Fransa və Almaniya “Brexit” üzrə sazişi yenidən nəzərdən keçirməyəcək

Paris və Berlin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə sazişin yenidən nəzərdən keçirilə bilməyəcəyi ilə ortaq fikrə malikdirlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Parisdə Almaniya Kansleri Angela Merkellə görüşü açan zaman Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Brexit” məsələsi üzrə fikirlərimiz tamamilə üst-üstə düşür. Britaniyanın çıxışı üzrə saziş yenidən nəzərdən keçirilə bilməz. Britaniyaya əlavə vaxt lazımdırsa, müddətin üzadılması barədə məsələni onun Britaniya xalqı tərəfindən dəstəklənəcəyi təqdirdə, araşdıra bilərik”, – Fransa Prezidenti deyib.
Eyni zamanda E.Makron qeyd edib ki, aydın perspektivlər olmadan müddətin uzadılmasına dair qərar qəbul etmək olmaz.
XƏBƏR LENTİ
2025/11/19 14:22

