Fransanın məşhur geyim şirkətindən Notr-Dam kilsəsi üçün 200 milyon avro
Fransanın məşhur “Louis Vuitton” geyim brendinin direktorları şurasının üzvü Bernar Arnold dünən baş verən yanğında xəsarət alan 850 illik Notr-Dam kilsəsinə 200 milyon avro ianə verəcəyini açıqlayıb.
Avropa.info xəbər verir ki, “Louis Vuitton” və Arnold ailəsi hadisəni milli faciə oaraq qiymətləndirib və Fransanın tarixi mirasının xilası üçün əllərindən gələni edəcyini deyib.
“Louis Vuitton”dan başqa “Kering” şirkətlər qrupu rəsmisi Fransua Pinol kilsənin rekonstruksiya edilməsi üçün 100 milyon avro ianə verəcəyini açıqlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

