Fransanın XİN rəhbəri Kiyevdə səfərdədir – Foto
Fransanın xarici işlər naziri Katrin Kolonna Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı fransalı nazir öz rəsmi tviter hesabında yazıb.
“Kiyevə geri dönməyə görə şadam”, – deyə Kolonna qeyd edib.
O, həmçinin hesabında Fransanın Kiyevdəki səfiri Etyen de Ponsen ilə birgə fotosunu da paylaşıb.
Bununla belə, Fransanın XİN rəhbəri Kiyevə səfərinin məqsədini açıqlamayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

