Fransız nəhəngi avro kuboklardan uzaqlaşdırıla bilər
Fransanın “Marsel” klubuna UEFA tərəfindən xəbərdarlıq edilib. Buna səbəb klub azarkeşlərinin keçən ilki davranışları olub.
Fransız klubu keçən il avroliqada final mərhələsinə qədər irəliləyə bilib. Lakin finalda “Atletiko Madrid” klubuna məğlub olub. Həmin oyunda və oyundan sonra “Marsel” klubunun azarkeşləri xuliqanlıq ediblər.
Minval.İnfo xəbər verir ki, bu səbəblərdən də klub avropa kuboklarından uzaqlaşdırılma cəzası ilə üz-üzədir.
Hələlik, klub gələn il oyunlarının bəzilərində azarkeş qəbul etməyəcək. Bütün bu oyunlardan sonra xoşa gəlməz hadisələr yaşanmaması halında komanda bu cəza ilə üzləşməyəcək.
Tamerlan
XƏBƏR LENTİ
2025/11/19 14:22

