Fransız oğru türmədən helikopterlə qaçıb
Fransadakı həbsxanalardan birindəki oğru müasir müdafiə sistemləri ilə təchiz olunmuş türmədən helikopter vasitəsilə qaça bilib.
Minval.info Lenta.ru-ya istinadla xəbər verir ki, həbsxana Parisdən 45 kilomert aralıda yerləşdir.
46 yaşlı Reduan Faid səhər saat 11.30-da qaça bilib. Ona üç silahlı şəxs kömək edib.
Silahlılar cinayətkarı daimi görüş kamerasından qaçırıblar. Belə ki, burada ailənin yaxın üzvləri ilə görüş nəzərədə tutulduğundan gözətçi olmur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

