Futbol stadionunda atışma olub – Çox sayda insan yaralanıb
ABŞ-ın Alabama ştatının Mobil şəhərində futbol stadionunda atışma baş verib.
Minval.info apa.az-a istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 10 nəfər xəsarət alıb. Atışma “Ladd-Peebles Stadium”da futbol oyunundan sonra baş verib.
Şəhər polisinin verdiyi məlumata əsasən, xəsarət alanlar 15-18 yaş arasında olan şəxslərdir. Onlardan 5-nin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

