Futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
“Report”un məlumatına görə, final matçında “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gəlib. Qarşılaşma “Keşlə” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. Beləliklə, 2017/2018 mövsümünə yekun vurulub. Azərbaycan Kubokunun qalibi olan “Keşlə” komandası Avropa Liqasında çıxış etmək imkanı qazanıb.
Azərbaycan Kuboku
Final
28 may
20:00. “Keşlə” – “Qəbələ” – 1:0
Qol: Pərdis Fərcad-Azad, 71
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

