Futbolçu yerkökü yeyərkən çənəsi sınıb

Niderlandın “Herenven” klubunun futbolçusu Rami Kaibin başına kuryoz hadisə gəlib.
Minval.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb.
Məlumatı klub da təsdiqləyib. Bildirilib ki, Kaib bir müddət əvvəl çənəsindən zədə alsa da, oynamağa davam edib. Yediyi yerkökü də bərk olduğundan, oyunçunun zədəli çənəsi qırılıb. Bu səbəbdən 24 yaşlı sol cinah oyunçusu bir müddət komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Rami Kaib bu mövsüm ölkə çempionatında 2 matçda iştirak edib.
MN digər ölkələrin avtomobillərinin Qarabağa keçməsi ilə bağlı Rusiyaya müraciət edib Azərbaycanın tanınmış neftçisi vəfat edib Azərbaycanda son sutkada 4129 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
XƏBƏR LENTİ
2025/11/19 14:22

