Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb

Futzal üzrə Yüksək Liqada transfer pəncərəsinin vaxtı uzadılıb.
Federasiyadan “MİNVAL.İNFO”a verilən məlumata görə, komandalar oyunçuların qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilər.
Qeyd edək ki, Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer dönəmi iyulun 5-də açılıb.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

