Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb
Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Minval.info” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, yanvarın 28-də A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar olunub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan yeniyetmə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

