Füzulidə qatarla maşın toqquşdu: ölən var
Füzuli rayonunda yük qatarı və “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb.
Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

