Gədəbəydə 2 tondan artıq narkotik aşkar olundu
Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib.
DİN-dən Minval.info-ya verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Nəticədə Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kiloqram olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən isə 105 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

