Gədəbəydə baba azyaşlı nəvəsinin faciəvi ölümünə səbəb oldu
Gədəbəydə 9 yaşlı oğlan avtomobildə boğulub.
APA-nın verdiyi məlumata görə, rayonun Çobankənd kəndində kənd sakini İsaq Xəlilov idarə etdiyi “UAZ” markalı avtomobillə Çobankənd çayını keçmək istəyərkən maşın batıb. Nəticədə avtomobilə su dolub, İ. Xəlilov nəqliyyat vasitəsində olan nəvəsi, 2009-cu il təvəllüdlü Əliyev Hüseyn Amil oğlu boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

