“Gələn il deputat olmayacam” – Ağacan Abiyev
“Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”.
Minval.info xəbər verir ki, bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək:
“Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

