“Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm”

Bu 27 ildə Ağdama, yəni təmas xəttinədək bəlkə beş yüz dəfədən çox getmişəm. Hətta bəzən əsgərlərin sözünü eşitməyib təmas xəttini də keçib sonuncu postumuzadək gedirdim. «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» romanımda yazmışam, Məllimlə bizim əsgərlərin davası. Əslində o Məllim mənəm və əsgərlərlə davam həqiqətdir. Qadağan olunmuş təmas xəttindən keçəndə («Dolu» filmində həmin yeri görmüsünüz) əsgərlər məni saxlayırdılar ki, olmaz.

– Hara gedirsiz?

– Evimizə.

– Olmaz!

– Niyə?

– Öndə ermənilərin postu var.

– Ay oğul, mən evimizə gedirəm, indi məni buraxmayacaqsan Ağdama? Ermənilər var? Mən bilərəm, ermənilər bilər.

Və keçib gedirdim. Erməni postuna az qalmış day gopa basmayım, keçməyə gücüm çatmırdı. Oturub siqaret çəkirdim və ağlayırdım.

Baxırdım ki, əsgərlər komandirlərini çağırıblar, qayıdanda komandirlər hamısı məni tanıyırdı deyin, qucaqlaşıb öpüşərdik və deyərdilər:

– Aqil müəllim, əsgərləri qınama.

– Qınamıram, amma Komandir, darıxma, inşallah, tezliklə bu səngərləri keçib gedəcəyik Ağdama.

2012-ci ildə «Dolu» filmi çəkilərkən yenə həmin bağlanmış yola getdik və oranı da keçib getdik. Özü də əliyalın, ruhlar və millətimiz. Ermənilər çaşıb qalmışdı. Və mən həmişə inanmışam və inanırdım ki, biz bu yolla Ağdama, ordan da Şuşaya gedəcəyik. Və bütün çıxışlarımda da, yazılarımda da qeyd edirdim ki, bizi Ağdama və Şuşaya Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev aparacaq. Elə də oldu!

Ağdam şəhərində, İmarətdə Pənah xanın məqbərəsi önündə Seyid Lazım ağanın nəvəsi Seyid Yusif ağa prezidentin köməkçisi Hikmət Hacıyevə dedi ki:

– Hikmət müəllim, vallah, Aqil də seyiddi və ona vəhy gəlib. Hələ neçə il əvvəl bunu «Dolu» filmində çəkmişdi. Biz həmin filmdəki kimi keçdik gəldik Ağdama.

20 noyabrdan bir neçə gün əvvəl yenə cəbhə xəttindəydim, bu dəfə bağlanmış yolu açmışdılar və imkan yaratdılar düz sonuncu səngərimizə qədər getdim, təxminən əvvəlki qadağan olunmuş ərazidən dörd kilometr. Ordan Dəmiryol vağzalına təxminən 2-3 kilometr qalmışdı, yəni bizim son səngərimizə qədər. Və bizim son səngəri də Azərbaycanın Xalq Qəhrəmanı, polkovnik Raquf Orucov Ağdamda briqada komandiri olanda qurub.

Sonra Ağdam şəhərinə gedəndə gördüm ki, Raquf Orucovun qurduğu səngər erməni səngərlərindən də daha güclü, daha etibarlıdı. Və həm Raquf Orucovun qurduğu səngəri, həm də ermənilərin qurduğu üç istehkamı keçəndə (Ali Baş Komandan İlham Əliyev Ağdamda

dedi ki, üç istehkamı keçdim və hərbçilər bildirdilər ki, beş istehkamdı, yəni gizlədilmiş istehkamlar) Raquf Orucovun ruhuna, bütün şəhidlərimizin ruhuna dualar oxudum.

Bu da Ağdam şəhəri.

Həmişə çıxışlarımda demişdim ki, Ağdama gedərkən birinci Pənah xanın məqbərəsini ziyarət edəcəm, sonra anamın və qardaşımın, sonra gedəcəm evimizə.

Sürücümüz Vüqara dedim ki, birinci İmarətə sür. Ağdamın icra nümayəndəsi və Ağdamın ağsaqqallarından biri və vaxtilə Ağdamı tikənlərdən biri Zülfü Qasımov deyir ki, əvvəl məscidin önünə gedək. Dedim Zülfü müəllim, İmarətə gedəcəyik.

Səhər saat 11-in yarısıdı. Ağdamın gözəl kişilərindən, vaxtilə raykom katiblərindən olmuş Məmməd Əliyevin nəvəsi, Ağdam notariusu Məmməd Əliyev biz şəhərə yaxınlaşdıqca mikroavtobusdakılara ərazini izah edir. Mikroavtobusda kim var: «Qarabağ» komandasının vaxtilə futbolçusu və kapitanı olmuş məşhur futbolçu Elbrus Abbasov xanımı ilə, Ağdamın ağbirçəklərindən Məlahət xanım, Ağdamın Nəqliyyat İdarəsinin rəisi Tariyel müəllim və bir də ki ağsaqqalımız Zülfü müəllim.

Şəhərə girəndə birinci oğluma zəng elədim və dedim ki, Ağdamdayam. Sonra danışa bilmədim, telefonu söndürdüm.

Və təbii ki, yuxarıda qeyd etdiyim kimi, birinci İmarətə getdim və Pənah xanın məqbərəsini öpdüm göz yaşlarıyla. Dedim, Məmməd, bunları çəkmə.

Getdik məscidə. Ermənilər bu məscidi bilirsiniz niyə saxlayıblar? Minarələrdən şəhərə nəzarət etmək üçün, hətta kameralar qoyublar. Şəhəri gəzərkən bir neçə yerdə də ermənilərin qurduğu kameraları gördüm.

Təbii ki, məscidi oxşadım, məscidin qapısını oxşadım, öpdüm və bu müqəddəs ziyarətgaha daxil olub bütün şəhidlərimizin ruhuna bir «Fatihə» surəsi oxudum.

Vədimə əməl edə bilmədim, yəni Qarağacıda anamın və qardaşımın qəbirlərini ziyarət edə bilmədim. Qarağacının təxminən uzunluğu 2-3 kilometr, eni də 1,5-2 kilometr olar, yəni normal bir kənddən böyükdü. Yolun sol tərəfindəki qədim hissəsi təmiz dağılıb və taxıl əkilib. Sağ tərəfi də yenə tam dağılıb, bir başdaşı da yoxdu. Bunu videolarda görmüsünüz. Kimsə əzizlərinn basdırıldığı yeri yalnız fəhmlə tapa bilər. Həm də ərazi minalanıb. Ona görə də Qarağacı qəbiristanlığına girmədik.

Dövlət Dram Teatrının qabağında maşından endim. Və getdim evimizə. Məmməd də mənlə gedirdi. Onların evləri «Dostluq» kino-teatrının qabağında, Ağdamın ağsaqqallarından biri Zeynal Məmmədovun rəhbərlik etdiyi Həmkarlar Təşkilatının arxasındaydı. Bu evdə Məmmədin atası Nizami Əliyevlə o qədər yeyib-içib, dərdləşmişdik ki.

Məmməd dedi ki, Aqil əmi, sən get, mən gəlirəm arxanca. Və tək yola düşdüm. Heç demə Məmməd məndən xəlvət ANAMA-ya qulaq asmayıb gedib girib həyətlərinə və vaxtilə anasının ona qayqanaq bişirdiyi tavanı da tapıb, bir dənə də sapılca.

Mən də gedirəm məhləmizə.

Ağdamın bütün küçələrinin hər iki tərəfini qazıblar. Kanalizasiya turbalarını, su kəmərlərini, qaz turbalarını söküb apardıqlarından mənim getdiyim Nizami küçəsinin vaxtilə 20 metrlik eni indi olub 5-6 metr.

Və ən maraqlı hadisə o idi ki, onların bütün qazdıqları yerlərdə nar və əncir ağacları bitib. Və bunların hər ikisinin adı «Quran»da adı keçir. Narlar paçallayıb. Həm əsgərlər, həm də ANAMA bildirir ki, yoldan çıxmayın, çünki yolları təmizləyiblər. Dedim əşi, cəhənnəm ey, bu şəhərin ölən oğullarından artıq deyiləm ki! Və keçib bir paçal nar üzdüm. Adi nardı da. Amma mən həyatımda bu qədər dadlı meyvə yeməmişdim. Üstüm-başım da batdı. Qayıdanda dostlar dedi ki, Aqil müəllim, üst-başın nara batıb. Dedim, ə, şəhidlərimizin üstündə güllələr nar açmışdı, nolsun.

Və bir də gözləyirəm Məmməd gəlib çıxmır. Biz məhləmizə çatanda Məmmədi uzaqdan gördüm ki, qaça-qaça gəlir. Məmmədgillə bizim evimizin arası olar 500 metr. Tərs kimi telefonumun şarjı bitib. Heç nə çəkə bilmirəm. Məmməd gəldi çıxdı. Getdim evimizə. Həm əsgərlər, həm polis, həm də ANAMA xahiş etmişdi ki, həyətinizə girməyin, tələ ola bilər. Hasarımızın yanında, daha dəqiq desək, təxminən 10 metrliyində dayandım və həyətimizə baxdım. Dağılıb – bilirik də, daş-qalaqdı – bilirik də.

Çox qəribədir ki, 1963-cü ildə Ağdama köçəndə bizim həyətdə bir dənə də ağac yoxuydu. Bütün ağacları ya Bayatdan gətirib əkmişdim, ya da Ağdamdakı Kənd Təsərrüfatı Texnikumunun həyətindəki şitilliklərdən oğurlamışdım, ya da şəhərin küçələrindəki küçükləyən gilasları, gilənarları və digər ağacları çıxarıb həyətimizdə basdırmışdım. Həyətimizdəki bütün ağacları kəsiblər, amma bircə mənim 1963-cü ildə əkdiyim gilas ağacı dururdu. Həmin gilas ağacı böyüyüb yüksək gərginlikli elektrik xətlərinə çatmışdı. Atama gəlib deyirdilər ki, təhlükəlidi, bu ağacı kəsin, atam da heç vaxt onu kəsmədi ki, oğlum əkib . Və həmin ağac dururdu.

Həyətimizdəki bütün ağacları özüm əkmişdim, bircə fındığı atam Zaqataladan gətirib əkmişdi.

Durdum və xeyli əkdiyim ağaca baxdım və gördüm ki, həyətimizin bərəkəti qaçmayıb.

İndi atamın evini tikəcəm, həyətdə yeni ağaclar əkəcəm. Yenə Bayatdan gətirəcəm və Ağdamın küçələrində küçükləyən gilas və gilənarların küçüyündən gətirib əkəcəm. Övladlarım və nəvələrim o meyvələri dadacaqlar və ata yurdumda məni yad edəcəklər. Düzdür, ölməyə həvəsim yoxdur, ola bilər ki, həmin ağacların meyvəsindən özüm də yedim, inşallah.

Sonra məktəbimizə tərəf getdim – Əli müəllimin məktəbinə. Sonra Surxay müəllimin məktəbinə baxdım – 3 nömrəli məktəbə. Biz iki məktəbin ortasında yaşayırdıq.

Məktəblə üzbəüz Cəmilə xalamgilin eviydi. Dünən 82 yaşında vəfat etdi, amma əsas odur ki, eşitdi ki, mən xalamgilin həyətinə getmişəm.

Və qayıtdım məscidin önünə. Gördüm ki, prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə xarici ölkələrin nümayəndələri, Azərbaycandakı xarici səfirliklərin attaşeləri (nə isə bu sözdən xoşum gəlmir, heç dilim də tutmur) məscidin önündədilər.

Ordan gəldik yenidən İmarətə. Yenidən məqbərələri ziyarət elədik. Yekəlik olmasın, Ağdamın tarixi haqqında və İmarətdəki bu məqbərələr və İmamzadələr haqqında məndən yaxşı bircə tarixçi alim, arxeoloq, professor, həm də mənim kolanım Rəşid Göyüşov bilirdi. Təbii ki, xaricilərə müəyyən məlumatlar verdim.

İmarətdə Xan nəsliylə bərabər həm də vaxtilə Ağdamın məşhur, tanınmış şəxslərinin məzarları vardı. Bəzi ağdamlılar yekəxanalıqlarından öz dədə-babalarını da aparıb orda dəfn edirdilər. İli yadımdan çıxıb, ola bilər 1962, ya 63-cü iliydi Ağdam Rayon İcraiyyə Komitəsi həmin İmarətdə dəfn mərasimini qadağan elədi. Orda təxminən 100-150 (saymamışam) məzar vardı. Oranı da düzləyiblər.

Pənah xanın sandıq sinə daşını çıxarıb atıblar bir kənara, içində heyvan saxlayıbmışlar, hətta taxta qapısı varıydı. İbrahim xanın məqbərəsini dağıdıblar, görünür onun əlindən çox yanıqlıymışlar. Mehdiqulu xanın məqbərəsi yerindədi, onun da sinə daşını çıxarıblar. Məmməd bəy Cavanşirin və Natəvanın qəbirlərini ümumiyyətlə, siliblər. Sadıq Murtuzayev Natəvanın məzarı üstə qranitdən büstünü qoydurmuşdu, o da yoxdu.

İmamzadə bir az durur, onu niyə dağıtmayıblar, başa düşmədim. Ya orda yaşayıbmışlar, ya da nə bilim nə…

Orda yatan seyidlərin cəddi sizi tutsun, necə ki tutdu. Deyirlər Allahın 40 il səbri var, amma bu dəfə Allahın səbri 30 il çəkdi.

İmarətdə stadion durur. Amma Natəvanın öz əliylə əkdiyi 40-dan çox çinarı kəsiblər. Onu da qeyd edim ki, həmin çinarlardan birində ikinci mərtəbə düzəltmişdilər və orda futbolçuların soyunub-geyinmə otağı vardı. Fikirləşin ki, çinar nə boydaydı? Bizim məhlədə ən böyük şərəf «Qarabağ»ın məşhur hücumçusu Şəfəq Hümbətəliyevin çantasını İmarətə daşımaq idi.

Orda «Qarabağ» komandası rəmzi 20 dəqiqəlik oyun keçirtdi. Şərait də yaratdılar ki, Hikmət Hacıyev bir qol vursun. Komandanın sponsoru Tahir Gözəl orda Kuboku qaldırdı, «Qarabağ» komandasının bayrağını qaldırdı. Bütün komanda ordaydı, bircə bu komandanı bütün dünyaya tanıdan Qurban Qurbanov səhhətində yaranan problemlə bağlı iştirak etmirdi. İçi mən qarışıq, hamımız onunla telefonla danışdıq.

Mən demişəm, yazmışam və sözümün üstündə də dururam. Ağdam şəhərində həyat qaynayanda İmarətin qarşısında iki heykəl tikəcəyik – biri Allahverdi Bağırova (ölümündən sonra), biri də sağlığında Qurban Qurbanova.

Demək olar ki, Ağdam şəhərini gəzdim.

Mən «Kent 8» siqareti çəkirəm. Siqaretim qalıb məni mikroavtobusa minənə qədər gətirən dayım oğlu Ceyhunun maşınında. İndi siqaret axtarıram, hamı nazik siqaret çəkir.

Deyirəm:

– Kent səkkiz çəkən yoxdu?

Bir polis zabiti deyir:

– Ə, yekə kişisiniz, qaçın bazardan Məllimə bir siqaret alın.

Görəydiniz onda göz yaşları içində necə güldüm.

Şəhər tam nəzarətimizdədi. Yuxarıda dediyim kimi, hərbçilərə, Ağdam polisinə və Daxili Qoşunların nəzarətinə verilib.

Bir xalam nəvəsi Nişad Allahverdiyev Ağdam polisində baş leytenantdı. Götürüb evə zəng edib ki, dayını görürəm. Mən də səhər zəng edirəm ki, bəs niyə gəlib mənlə görüşmədin? Deyir ki, mənə təhvil verilən postu tərk edə bilməzdim. Yəni görün ki, Ağdam polisi nə qədər dəqiq işləyir. Polis rəisi, polkovnik Pərviz müəllimə deyirəm ki, on gündən sonra bir də gələcəm Ağdama, məni gətirərsən şəhərə.

Deyir:

– Məllim, bütün ağdamlılar və mən səni çox istəyirik. Amma Daxili İşlər Nazirliyinin icazəsi olmadan heç atamı da şəhərə buraxmaram. Xahiş edirəm, gələndə nazirlikdən icazə al.

İnanın, polisimiz belə ayıq-sayıqdı. Geri qayıdarkən ANAMA-nın bir gənc rəhbəriylə tanış oldum. O, məni tanıdı, özü də çox qəribədi ki, Aqil Abbas kimi yox, Məmməd Arazın kürəkəni kimi.

Və dedi:

– Məllim, mən də bəstəkar, dirijor Tofiq Əhmədovun nəvəsiyəm. Sizə söz verirəm ki, gələn dəfə gələndə məhlənizi də, həyətinizi də tam təmizləyəcəyik .

Və onu bağrıma basdım.

Bu mənim Ağdam şəhərinə ilk səfərim oldu. Yəqin on-on beş gündən sonra bir də gedəcəm. Və dediyim sözü tuturam, dövlət icazə verəndən sonra Ağdamdakı ata evimi də tikəcəyəm və ən gözəl ağacları da əkəcəyəm.

Və sonda. Allahverdi Bağırovun qəbrini ziyarət etdik. Yəqin videolarda və şəkillərdə görmüsünüz.

Ağdamda üç şəhidlik qəbiristanlığı vardı. Qarağacıda, Böyük Vətən Müharibəsi abidə kompleksində və bir də Uzundərədə. Allahverdinin məzarı Böyük Vətən Müharibəsi abidə kompleksindədi. Orda 1200-dən artıq şəhid məzarı var. Dəhşətə baxın ey, şəhidlərin qəbirlərini qazıb nəşlərini çıxarıblar, yalnız yerlərində çala qalıb. Onları neyləyirmişlər, ilahi? İnsan bu qədər vəhşi olarmı?

Və yenə sonda. Bu gün sosial şəbəkədə oxudum ki, 6 yaşlı bir uşaq deyib ki, Ağdamın bugünki vəziyyəti Bakı şəhərindən gözəldi və yenidən tikəndə Nyu-Yorkdan da gözəl olacaq.

Yavrum, Ağdam həmişə Nyu-Yorkdan gözəl olub. Bir az böyü, «Dolu» romanını oxuyarsan və Ağdam haqqında daha dolğun təsəvvürə malik olarsan.

Və yenə sonda. Xalq artisti Mənsum İbrahimov (qardaşı oğlu da Vətən müharibəsində şəhid oldu) ilıq, yumşaq bir Məcnun səsiylə (Leylinin Məcnunu yox, Qarabağın, Ağdamın Məcnunu kimi) bir «Qarabağ» şikəstəsi oxudu, keçmiş Mədəniyyət sarayının önündə. Ondan sonra da sözü verdi təxminən 12-13 yaşlarında Kənan Bəşirli adlı bir uşağa, o da «Bayatı Şiraz» oxudu. Bu o demək idi ki, nəsillər kəsilmir, davam edir. Ağdam yaşayıb, yaşayır və yaşayacaq!

Bəndəniz də babat bir rəqs elədi. Ağdamın məşhur futbolçusu Vovanın (Vaqifin) oğlu və «Qarabağ» komandası ilə. Bu rəqs havası deyildi, amma sümüyümə elə qəşəng düşdü ki.

Ağdam Qarabağın toy otağıdı. Qoy pandemiya qurtarsın görün yaraları hələ sağalmamış Ağdamda necə gözəl toylar edəcəyik.

Mənim toyum 1981-ci ildə olub Ağdamda, mayın 16-da. İnşallah, 40 ildən sonra – 2021-ci ildə mayın 16-da Ağdamda özümə yeni bir toy edəcəm, özü də kim istəyir gəlsin, pul-zad yazdırmaq olmayacaq.

Özü də toy içkisiz olacaq, necə ki 40 il bundan qabaq atam həyətimizə içki buraxmadığı üçün toyumuz içkisiz olmuşdu. Və qonşuda xalam oğlu, özü də uşaq idi, rəhmətə getdiyinə görə musiqisiz keçmişdi toy. Amma bu dəfə Arif Babayev başda olmaqla, Mənsum İbrahimov başda olmaqla, Rəmiş başda olmaqla, Qədirin səsi başda olmaqla, Ramiz Quliyevin də tarı öz yerində möhtəşəm bir toy edəcəm. Özü də bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!

Hamınız dəvətlisiniz!

Ağdam – Qarabağın toy otağısan!

Qədirlərin, ariflərin, mənsumların oxuduğu

Gül yatağısan!

Aqil ABBAS

(Bu gördüyünüz məhəllə bizim məhəllədir)

(Bura bizim məhəlləmizdəki 18 ailəlik yaşayış evidir)

(Məhəlləmiz)

(Ağdamdakı çörək muzeyimiz. Təzədən burada çörək bişəcək)

(Nizami küçəsindəki bu yol bizim məhəlləyə gedir)

(Ağdamı qoruyan rəşadətli Azərbaycan polisi)

(Elbrus Abbasov və Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif Ağa)

(Ağdamda çay içdik)

(Bizi Ağdama aparan Vüqar bəy)

(İmarətdə)

(Milli Qəhrəman Allahverdi Bağırovun məzarı)

(Buyurun, bu da Pənah xanın məzarı)

(Pənah xanın məqbərəsi)

(Ağdamı minadan təmizləyənlər)

(Xanımıma zəng elədim, amma danışa bilmədim)

Yazarlar

Nəşr edilib: 2020/12/04 13:19

Baxış:436


XƏBƏR LENTİ

2021/01/15 13:06

2021/01/15 13:05

2021/01/15 12:43

2020/12/04 13:19

2021/01/15 11:27

2021/01/15 11:26

2021/01/14 12:45

2021/01/14 12:27

2021/01/14 12:26

2021/01/14 12:22

2021/01/14 12:19

2021/01/14 12:12

2021/01/14 12:10

2021/01/14 12:07

2021/01/14 12:05

2021/01/14 12:05

2021/01/14 12:02

2021/01/13 15:44

2021/01/13 15:44

2021/01/13 15:42

2021/01/13 15:40

2021/01/13 15:33

2021/01/13 15:32

2021/01/13 15:29

2021/01/13 15:28

2021/01/13 15:27

2021/01/13 15:25

2021/01/13 15:24

2021/01/13 13:11

2021/01/13 13:01

2021/01/13 12:58

2021/01/13 12:56

2021/01/13 12:55

2021/01/13 12:54

2021/01/13 12:50

2021/01/13 12:38

2021/01/13 12:32

2021/01/13 12:31

2021/01/13 12:30

2021/01/13 12:27

2021/01/13 12:26

2021/01/13 12:25

2021/01/13 12:21

2021/01/12 13:56

2021/01/12 13:55

2021/01/12 13:54

2021/01/12 13:53

2021/01/12 13:34

2021/01/12 13:34

2021/01/12 13:31

«Гроссмейстерская дипломатия» президента Алиева — новый региональный формат сотрудничества

В регионе продолжается процесс «геополитического переформатирования», старт которому дала победа Азербайджана в Карабахе — именно так точнее всего можно охарактеризовать итоги состоявшихся в Исламабаде переговоров глав внешнеполитических ведомств Азербайджана, Турции и Пакистана Джейхуна Байрамова, Мевлюта Чавушоглу и Махмуда Куреши. По итогам переговоров была подписана совместная декларация. Стороны выразили готовность сотрудничать по самому широкому кругу вопросов, от экономики и логистики до внешней политики и обороны. Но что за кадром? Намеренно оставим в стороне алармистские вопли армянских СМИ, где со ссылкой на греческих коллег уже испуганно заверещали о некой «оси» Турция-Азербайджан-Пакистан, направленной против Греции, Армении и Франции (!). Тем более что подоплека здесь вполне «прочитываемая»: если до сентября 2020 года любые события в мире, будь то неурожай бобов какао в Кот-д’Ивуар или военный переворот в Судане, армянские эксперты трактовали в стиле «обстановка в мире меняется в пользу Армении и «Арцаха», вот еще немного — и нам подарят шесть восточноанатолийских вилайетов», то теперь настроения изменились на прямо противоположные. И любая новость с тегами «Азербайджан» и «Турция» вызывает настоящую «паническую атаку», а если это трехсторонние переговоры, где обсуждается, в числе прочего, военное и военно-техническое сотрудничество — тем более. Важно другое. Визит Джейхуна Байрамова в Исламабад и состоявшиеся там переговоры знаменуют собой серьезное переформатирование геополитической архитектуры всего региона. В самом деле, братские отношения между Азербайджаном и Турцией — факт общеизвестный. Это братство многократно укрепилось во время Отечественной войны. Теплые и братские отношения нашей страны с Пакистаном — тоже не новость и не сенсация. Уже после победы нашу страну посетил командующий Военно-воздушными силами (ВВС) Исламской Республики Пакистан маршал авиации Муджахид Анвар Хан. В СМИ уже просачивались сведения о намерении нашей страны приобрести у Пакистана современные истребители. Тем более не секрет, что теплые и по-настоящему братские отношения существуют у Турции и Пакистана. Но теперь в регионе — и этого нельзя не заметить — создается полновесный формат многостороннего сотрудничества. Трехсторонний формат встречи примечателен сам по себе. Более того, это не «одноразовое» событие: уже анонсированы переговоры в том же формате в 2022 году в Турции. Но самое примечательное, министр иностранных дел Турции Мевлют Чавушоглу уже анонсировал переговоры министров иностранных дел Турции, Азербайджана и Туркменистана. Также, по его словам, планируется и встреча министров иностранных дел Турции, Туркменистана и Афганистана. И вот тут уже достаточно простого взгляда на карту: именно через Туркменистан и Афганистан Турция и Азербайджан «выходят» к Пакистану. Еще вчера это была просто география. Сегодня Туркменистан и Афганистан оказываются в роли «транзитных стран» нового регионального союза с огромными перспективами, что по понятным причинам будет работать на сближение Кабула и Ашхабада с Баку. А тогда уже новое прочтение получает другая новость: синхронно с переговорами в Пакистане и подготовкой переговоров с главами МИД Туркменистана и Афганистана Азербайджан проводит двусторонние переговоры с Пакистаном и приступает к открытию в Кабуле своего посольства. Более того, в Афганистане Азербайджан уже реализует серьезные проекты, обучает в своих вузах афганских студентов, открывает в Афганистане аналог знакомого нам ASAN xidmet. Тем более что «фундамент» уже есть. К тому же в регионе уже существует такой формат сотрудничества, как «Лазуритовый коридор» Афганистан — Туркменистан — Азербайджан — Грузия — Турция. Еще 2 июля 2020 года в формате видеоконференции состоялась  встреча лидеров Туркменистана, Афганистана и Азербайджана, Гурбангулы Бердымухамедова, Мохаммада Ашрафа Гани и Ильхама Алиева. И вот теперь «Лазуритовый путь» получает новое продолжение во всех смыслах. Конечно, после спровоцированной Арменией новой войны транспортные и инфраструктурные проекты на какое-то время «выпали из кадра». Но теперь все меняется. Азербайджан, одержав блистательную победу, кроме всего прочего, еще и надежно обезопасил свои железные дороги и трубопроводы — Армении после такого разгрома еще долго будет не до «вылазок» на чужую территорию. И самое главное, уже после победы в войне Азербайджан запустил в полном формате Южный Газовый коридор. Что уже имеет особый интерес для Туркменистана с его огромными запасами газа и отсутствием надежной и независимой системы экспорта. То есть Азербайджан разыграл в регионе новую «гроссмейстерскую партию». Наша страна оказывается ключевым участником нового «транскаспийского» формата сотрудничества, «базовые площадки» для которого были подготовлены заранее. Что полностью соответствует уже знакомому стилю внешней политики и дипломатии президента Ильхама Алиева — с тщательной подготовкой, с созданием экономической и «договорной базы», учетом многосторонних интересов и политических рисков. Благодаря которой становятся реальностью самые смелые проекты. Нурани

Как Артур Давтян подставил Игоря Краснова. И не только его

Несколько дней назад в Москве Генпрокуратура РФ торжественно отметила свой 299-й день рождения. Дата, скажем так, «еще чуть-чуть — и юбилейная». Для участия в торжественных мероприятиях в Москву направилась делегация Генпрокуратуры Азербайджанской Республики во главе с генпрокурором Кямраном Алиевым. Как уже сообщали СМИ, в том числе Minval.az, в Москве прошла трехсторонняя встреча генпрокурора Азербайджана Кямрана Алиева, генпрокурора Армении Артура Давтяна и генпрокурора РФ Игоря Краснова. Кроме того, Игорь Краснов провел и двусторонние встречи с Кямраном Алиевым и Артуром Давтяном. И вот теперь генпрокуратура Армении в своем официальном пресс-релизе сообщает: «Давтян (в ходе встречи с Красновым — Minval.az) упомянул о возможности исключения (…) розыска бывших и действующих чиновников Армении на территории СНГ на основании (…) уголовных преследований, возбужденных полномочными органами Азербайджана». В переводе: слезно молил генпрокурора РФ не давать хода азербайджанским розыскным ордерам. Понятно, что заявление это продиктовано внутриполитической повесткой дня в Армении. Еревану есть чего бояться. Прежде всего, здесь очень хорошо помнят, как еще в 2017 году Азербайджан на основе своего розыскного ордера добился экстрадиции из Беларуси Александра Лапшина, чем изрядно перепугал и многих желающих отправиться в тогда еще оккупированный Карабах, и даже редактора «Эхо Москвы» Венедиктова. А теперь перед отъездом в Москву генпрокурор Азербайджана Кямран Алиев дал интервью, где анонсировал начало «судебной войны» против Армении. «Мы постараемся поднять все доказательства преступлений, совершенных армянскими воинскими подразделениями, — пообещал он. — Мы начнем судебные процессы в международных судах против армянского государства, армянских официальных лиц и конкретных государственных органов этой страны. Надеюсь, у нас есть достаточно доказательств, чтобы добиться успеха в этом деле». А в Баку, как уже убедилась армянская верхушка, слов на ветер не бросают. Более того, здесь прекрасно помнят, как во время Отечественной войны Генпрокуратура Азербайджана вела свою «информационную войну» — с оперативными пресс-релизами о преступлениях, совершенных армянской военщиной против мирного населения Азербайджана, с четкой правовой квалификацией действий Армении с точки зрения международного гуманитарного права…Тем более очевидно, что Кямран Алиев обсуждал этот вопрос со своими коллегами, в том числе и с Игорем Красновым. А у Москвы и Баку налаженное сотрудничество в сфере взаимодействия правоохранительных и надзорных органов. В истории которого нет ничего похожего на спешный вывоз в Армению из подмосковного Путилково убийц спецназовца Никиты Белянкина. Так что у армянских чиновников есть ве основания «дрожать по кабинетам». Тем более что, к примеру, нынешний министр обороны этой страны Вагаршак Арутюнян прямо бахвалился в интервью российским журналистам: «Сейчас мы выработали тактику нанесения ударов по артиллерии. А в дальнейшем наносим удары по мирным населенным пунктам, чтобы вызвать панику…» Неудивительно, что в Армении теперь многие обитатели высоких кабинетов старательно изучают доступные базы данных по розыску и прикидывают, в какую страну ехать можно, а куда не следует: встретить вполне могут не с красной дорожкой, а с наручниками и «автозаком» вместо лимузина. И, наверное, здесь можно было бы поставить точку. А еще припомнить нашумевший совет Владимира Путина, который в наиболее цензурном изложении звучит так: соблюдать закон надо всегда, а не только когда взяли за горло. Но есть тут еще одно, весьма существенное и весьма неприятное обстоятельство. Артур Давтян, во-первых, раскрыл подробности переговоров за закрытыми дверями, что уже само по себе моветон. А во-вторых, попытался «замарать» и своего собеседника Игоря Краснова, и Россию как государство. В самом деле, аресты на основе международных розыскных ордеров — дело долгое, непростое и сопряженное со множеством бюрократических и судебных процедур, да еще с известным прокурорским «буквоедством». Но теперь, после откровений Давтяна, любая проволочка даже по вполне объективным причинам будет восприниматься и трактоваться по крайней мере определенной частью азербайджанского политического спектра как следствие неких «тайных договоренностей» между Москвой и Ереваном — вне зависимости от того, удалось ли Давтяну на самом деле уговорить Краснова «прикрыть» на территории России армянских военных преступников или же никаких подобных «договоренностей" не существует в природе. А речь идет об обвиняемых в совершении тягчайших преступлений, включая обстрел Гянджи ракетами СКАД, Тертера и Барды — РСЗО «Смерч», попытках сбивать гражданские лайнеры на подлете к Баку и т.д. Словом, не та тема, где кому-то очень сильно захочется гласно и открыто «прикрывать» интересы Еревана. Так что остается только подождать, кто скажет Артуру Давтяну «прокурорское спасибо» за его провокационные «откровения». Нурани

«Грязная бомба» в парламенте Армении

Мецаморская АЭС в Армении уже давно — и справедливо — расценивается многими экспертами как источник серьезной угрозы для соседних стран. Эта атомная электростанция уже далеко не новая, с изношенным оборудованием, к тому же расположена она в сейсмоопасной зоне и вблизи «спящего» вулкана Алагез («Арагац»), и по сути представляет собой потенциальный «Чернобыль». Но сейчас к потенциальной опасности Мецаморской АЭС добавилось еще одно «измерение». В Армении открыто призывают «использовать радиоактивные материалы для самообороны». Поясним. Как сообщают армянские СМИ, в Ереване на заседание постоянной парламентской Комиссии по региональным вопросам и Евразийской интеграции был приглашен заместитель министра территориального управления и инфраструктур Акоп Варданян. И в какой-то момент депутат парламента от партии «Процветающая Армения» Микаел Мелкумян задал ему вопрос: можно ли использовать радиоактивные отходы, остающиеся после эксплуатации Армянской АЭС, в военных целях, скажем, для повышения обороноспособности страны и увеличения возможностей системы самообороны. «Мы можем начать их обогащение? У нас есть шансы? Мы в силах обеспечить соответствующий технологический уровень для этого?», — цитируют Мелкумяна ереванские СМИ. Любой ответственный политик в этой ситуации заявил бы, что, во-первых, Армения, подписав договор о нераспространении ядерного оружия и получив доступ к ядерным технологиям, приняла на себя определенные обязательства, и о собственной «ядерной бомбе» придется забыть. Тем более недопустимо на государственном уровне заговаривать о «грязной бомбе» на основе радиоактивных отходов. Наконец, все, что касается ядерного топлива, отработанных стержней и т.д., четко охраняется и контролируется на протяжении всей технологической «цепочки». Но это в нормальном государстве. А в Армении замминистра принялся рассуждать, что в данном случае речь может идти лишь о радиоактивном топливе, которое хранится на сухих складах. А затем продолжил: «Ответ на ваш вопрос – теоретически, всегда «да». Тем не менее, я не могу говорить о технологической реализации данной инициативы, поскольку  не эксперт в данной области. Мы еще с уроков химии знаем, что плутоний является основным элементом для создания атомной бомбы и формируется при горении урана, однако как нам его добыть и какие для этого нужно использовать технологические достижения, я вам сказать не могу, поскольку не знаю, через какие технологические циклы и процессы необходимо пройти». О международных обязательствах Еревана не было сказано ни слова. О том, что использование ядерных отходов в военных целях противоречит всем мыслимым и немыслимым нормам, тем более. А вот тут нужно пояснение. У азербайджанской стороны уже давно существуют обоснованные опасения, что радиоактивные отходы Мецаморской АЭС могли быть захоронены на оккупированных азербайджанских землях. Во всяком случае, как уже сообщал Minval.az, заведующий отделом Института геологии и геофизики, член-корреспондент НАНА Чингиз Алиев отметил: «Армяне подвергли радиоактивному загрязнению наши земли, находившиеся под оккупацией около 30 лет. Есть информация о том, что отходы находящейся на территории Армении Мецаморской атомной электростанции закапывали на территории Агдере и Кяльбаджара. В Карабахе планируется проведение радиоэкологических исследований с использованием высоких технологий». Но теперь столь своеобразная дискуссия в парламенте Армении выводит эту опасность на кардинально иной уровень. Очевидно, что в Армении открыто строят планы радиационного террора и использования «грязных бомб», а еще мечтают о собственной ядерной бомбе. Причем речь идет не только о маргинальных группировках — подобные бредовые идеи высказываются на государственном уровне. Более того, экс-премьер-министр Армении Грант Багратян  не раз заявлял, что какое-то «радиоактивное» оружие у Еревана уже есть. СМИ, цитируя его, говорили о «ядерной бомбе», эксперты, однако, полагали, что речь идет о все той же «грязной бомбе», начиненной радиоактивными отходами АЭС. Наконец, очевидно и другое: как уже рассказывал Minval.az, Армения слишком часто становилась источником «ядерной контрабанды», чтобы это могло быть случайностью. А тогда уже «грязные игры» Еревана вокруг Мецаморской АЭС — это не просто «сигнал тревоги». Очевидно, что в отношении Армении уже сегодня надо вводить самые жесткие контрольные и ограничительные меры и приступить к скорейшему закрытию Мецаморской АЭС. Точнее, это надо было сделать еще вчера. Нурани