Gələn ildən əlillik yeni meyarlarla müəyyənləşdiriləcək

Azərbaycanda əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Gələn ilin əvvəlindən isə həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsi zamanı bildirib.
Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin işçi qrupları tərəfindən geniş araşdırmalar aparılıb.

S.Babayev yeni meyarların tətbiqinə keçidlə əlaqədar müvafiq həkim və ekspertlər üçün təlim və treninqlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarlar əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasnın faiz qiymətləndirməsi əsasında təyin olunmasını nəzərdə tutur.

Sosial

Nəşr edilib: 2019/03/29 18:50

Baxış: 219


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06