Gənc anadan tüklərinizi dəhşətli əməl: azyaşlı uşağını öldürdü, sonra…
Türkiyənin Mardin bölgəsində psixoloji problemləri olan qadın doğma övladının canına qıyıb.
26 yaşlı Filiz adlı qadın 6 yaşlı oğlunu qətlə yetirib. Bir müddətdir müalicə alan qadın əvvəlcə oğlunu bıçaqlayıb. Daha sonra həmin bıçaqla biləklərini kəsərək intihara cəhd edib.
Səs-küyə qonşular yığışıb, qapını döysələr də, açan olmayıb. Dərhal polis çağırılıb.
Polis evə girəndə 6 yaşlı uşağı qanlar içində döşəmədə uzanmış vəziyyətdə görüb. Qadın xəstəxanaya çatdırılıb və həkim nəzarətindədir. Vəziyyətinin ağır olduğu bildirilir. Uşağın cəsədi isə həmin xəstəxananın morquna təhvil verilib. (publika.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

