Gəncədə 5 maşın toqquşdu – Fotolar
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “Mercedes, iki “VAZ-2107” və “Ford” markalı avtomobillər toqquşub. Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.




XƏBƏR LENTİ
2025/11/19 14:22

