Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib
Xəbər verdiyimiz kimi, gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. Oxu.Az-ın müxbiri xəbər verir ki, atılan raketlərin partlayışının radiusu 250-300 metr təşkil edib.
Partlayış zamanı 2 uşaq bağçasına da ziyan dəyib.
Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb.
Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 28 nəfər yaralanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

