Gəncədəki qanlı təxribatları qızışdıran saytlar və səhifələr hansı dövlətindir – Televiziya müzakirəsi

Gəncədəki qanlı 10 iyul təxribatlarından sonra ortaya çıxan gerçəkliklər insanı sarsıtmaya bilmir. Çünki belə məlum olur ki, həmin hadisələrdə iştirak edənlərdən başqa, o olayları qızışdıran ayrı-ayrı Kütləvi İnformasiya Vasitələri, facebook səhifələri və nyumedia nümunələri də olub.
Ən dəhşətli fakt ondan ibarətdir ki, bu nyumedia nümunələri müxtəlif ölkələrin paytaxtlarında fəaliyyət göstərirlər. Onların sırasında Moskva, Ermənistanın paytaxtı İrəvan, Hollandiya və İranın müxtəlif şəhərləri, o cümlədən, Qum şəhəri yer alır.
Belə bir vəziyyətdə, insan belə bir sual qarşısında qalır ki, bu qədər böyük bir şəbəkə və fərqli paytaxtlardan idarə olunan bir təxribat, əslində, kimin məhsuludur və nə üçündür? Niyə Azərbaycanı vururlar?
Musavat.com bütün bu suallarla bağlı İctimai TV-nin efirində gedən verilişdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da iştirak etdiyi aktual müzakirəni təqdim edir…
Musavat.com

