Gəncədə QULDURLUQ: əcnəbinin bütün pullarını əlindən aldılar

Gəncədə quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar – R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

