Daha bir təcili tibbi yardım maşını qəzaya düşdü
Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə dünən Nizami Gəncəvi prospektində baş verib.
Belə ki, təcili tibbi yardım avtomobili ilə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən Salyan rayonunda da təcili tibbi yardım qəzaya düşüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

