Gənc həmyerlilərimiz ABŞ-da tariximizlə bağlı maraqlı aksiya keçirdilər – Fotolar
ABŞ-ın Massachusett ştatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə maraqlı aksiya keçirilib.
Minval.info xəbər verir ki, bu, təşkilatçılar Əflatun Əsədov, Hikmət Qasımzadə, Əli Əfəndi, Ülviyyə Cəfərzadə təşəbbüsü ilə həyata keçirilib.
Belə ki, Boston şəhərinin mərkəzi parkında aksiya iştirakçılar oradan keçənlərə yaxınlaşaraq insanlara Azərbaycan Xalq Cumhuriyyəti haqqında məlumat veriblər.
Daha sonra Hikmət Qasımzadə və Əflatun Əsədov çıxış edib bu addımı atmaqlarının məqsədi ilə bağlı məlumatlar veriblər.
Sonda Azərbaycanın Dövlət himni səsləndirilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22







