Gəncə hadisələri ilə bağlı daha bir nəfər azadlıqda – Foto
Gəncə hadisələri ilə bağlı daha bir qrup – Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Nemət Heydərliyə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə 6 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

