Gəncə hadisələrində fəallıqda şübhəli bilinən şəxs sərhəddə saxlanıldı – FOTO
Gəncə hadisələrinə görə axtarışa verilən şəxs ölkədən çıxmaq istəyərkən yaxalanıb.
Minval.info-nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb.
27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən tutulub.
O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22



