Gənc müğənni şəhidlərə mahnı həsr etdi – VİDEO
Müğənni 20 yanvar şəhidlərinə həsr etdiyi “Ağla, qərənfilim”adlı yeni mahnısını təqdim edib.
Gənc müğənni Fidan Nağıyeva Minval.info saytının redaksiyasında qonaq olub.
O, bildirib ki, mahnı şəhidlərin əziz xatirəsinə həsr olunub: ““Ağla, qərənfilim” mahnısnın sözləri və musiqisi hörmətli ziyalımız Səid Həsənzadəyə məxsusdur. Aranjeman Qələndər Çinoyevindir.
Hərbirimizin borcudur ki, şəhidlərin ruhunu şad etsin. Azərbaycan xalqı çox çətinlikdən keçib, dəhşətli hadisələr başımıza gəlib. Amma heç vaxt sınmamışıq, başı dik, ayaqda qalmışıq. İnanıram ki, yaxın günlərdə torpaqlarımız da qayıdacaq, xalqımız sevinəcək, şəhidlərimiz rahat uyuyacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22






