Gənc müğənninin başına iş gəldi: “Çox tərbiyəsiz formada mənə deyir ki…”

“Bu boyda Diaqnostika mərkəzinin səriştəsiz qəbul şöbəsinin qızları…”

Minval.info xəbər verir ki, bu sözlər müğənni Mehin Hümbətovaya aiddir. Aktrisa Respublika Müalicəvi Diaqnostika Mərkəzində olub və orada başına gələnləri sosial şəbəkədə paylaşıb.

M.Hümbətova deyib ki, analiz cavablarını götürmək üçün mərkəzə gedib və orada gördükləri onu qəzəbləndirib: “Anamın analiz cavabların götürməyə gəlmişəm. Xəstəxana analiz cavabını götürməyi unudub. Deyirəm bəlkə analizin cavabında ciddi bir şey var, necə unuda bilərsiniz?! Çox tərbiyəsiz formada mənə deyir ki, “Biz cavabı yolumuz düşəndə Onkologiyadan götürürük”. Yəni bunlar üçün insan həyatı heç bir rol oynamır. Çox səriştəsiz və savadsız işçilər…

Məsələnin başqa tərəfi, növbə cihazından növbəmi götürüb oturub gözləyirəm. Az sonra başa düşdüm ki, növbə lövhəsindəki rəqəm 257-dən o tərəfə keçmir. Guya hamını tez-tez yola salmaq üçün elə ayağ üstə yaxınlaşanları yola salırlar. Hamı yığılıb qəbul şöbəsinə. Növbədən kənar keçdiklərinə görə basa-bas yaranıb. Qəbuldakı qız başını itirib. Hamı tez işini bitirmək istəyir deyə hərə bir tərəfdən əlində şəxsiyyət vəsiqəsi əllərin qızın gözünə soxur.

Qızlar başa düşdülər ki, növbədən kənar iş getməyəcək. Hamını cihaza yaxınlaşıb növbə götürməyə çağırırlar. Artıq çox gec idi. Bu qədər millət sırada hərə öz yerin tutub. Qəbuldakı qız ağlamaq həddinə çatıb, gözləri dolub. Zəng edib kimdənsə yardım istəyir. Kənardan izlədiyim bu mənzərə məni sözün əsl mənasında məyus etdi. Bu boyda təmir, son texnalogiaya, uyğun cihazlar və s. Amma sistem sıfır. Bu yalnız burada belə deyil. Ölkədə bir çox idarələrdə sistem elə bu vəziyyətdədir. Üstü bəzək, altı təzək…”

Minval.info

Sosial

Nəşr edilib: 2019/04/04 16:13

Baxış: 3107


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06