Gəncənin deputatı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı müraciət yaydı – Video
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev video-müraciət yayıb.
Minval.info xəbər verir ki, deputat şəhərin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücumdan bəhs edib.
O, baş verən hadisəni terrakt adlandırıb və bunun arxasında dayanan qüvəllərin olduğunu söyləyib. Deputat eyni zamanda qeyd edib ki, sözügedən hücumla Azərbaycanın sabitliyini pozmağa çalışırlar.
Naqif Həmzəyev gəncəliləri sabitliyini pozmaq istəyənləri lənətləməyə, “Terrora yox” deməyə çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

