Gənc oğlan su anbarında batdı
Qazax rayonunda 24 yaşlı oğlan su anbarında batıb.
“Report”un məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

