Gənc qadın xəstəliyi ucbatından küçəyə çıxa bilmir – 16 + FOTOLAR

Milyonda bir görülən xəstəlikdən əziyyət çəkən qadın çölə çıxa bilmir.

Türkiyənin Kastamonu şəhərində yaşayan Sibel Oflas çox nadir görülən bir dəri xəstəliyindən əziyyət çəkir. 8 yaşında üzündə ət xalları çıxan Sibelin 30 yaşında başında yaralar əmələ gəlməyə başlayıb.

Minval.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, tibbi siğortası olmadığı üçün həkimə uzun müddət müraciət edə bilməyən qadının “’epidermodisplazya verrüsiformis” adlı xəstəliyə yaxalandığı və bədənindəki yaraların xərçəngə çevrildiyi çox gec müəyyən olunub. Üzünün böyük bir hissəsi yara bağlayan Sibelin qulağının və yanağının bir hissəsi əməliyyatla götürülüb.

Uzun illər xəstəliyinin nə olduğunu bilmədən yaşayan Sibel Oflas həkimlərin də bu vəziyyət qarşısında təəccübdə qaldığını deyib: “Kim nə dedisə, elədim amma bir nəticə əldə edə bilmədim. Dərmanların müsbət təsirini görməməklə yanaşı, artıq mənfi təsirlərini hiss edirəm. 3 il əvvəl üz dərimdə xərçəng aşkarlandı və tez bir zamanda kirpiklərimə qədər yayıldı. Artıq həkimlər də necə əməliyyat edəcəklərini bilmirlər”.

Üzündəki yaralar səbəbi hər kəsin diqqətini cəlb edən S.Oflas xəstəxanaya getməli olduğu vaxtlardan başqa evdən çölə çıxmır: “İnsanlar o qədər maraqlıdır ki, ardımca gəlib “üzünə kislata töküblər?”- deyə, suallar verirlər. Suallarla qarşılaşmamaq üçün kimsə ilə göz-gözə gəlməməyə çalışıram. Əslində heç birinin mənə canı yanmır, sadəcə öz maraqlarını bəsləməyə çalışırlar. Qəsdən xətrimə dəyməyi sevirlər”.

Ən böyük təhlükə günəş şüalarıdır.

Türk Dermotologiya Dərnəyinin İdarə Heyətinin üzvü, professor Ertan Yılmaz bu cür xəstəliklərdə ən böyük risk faktorunun günəş şüaları olduğunu bildirib:

“Dünyada 600-700 insan bu xəstəlikdən əziyyət çəkir. Ət xallarının xərçəngə çevrilməsi genetik meyildən və immunitetin həddən artıq zəif olmasından baş verə bilər. Bu cür insanlar günəş şüalarından özlərini qorumalıdırlar, hətta şeytan görmüş kimi qaçmalıdırlar. Günəş şüaları xərçəngin yayılmasına səbəb olur. Xəstəliyin müalicəsi, təəssüf ki, hələ mövcud deyil”.

Dəniz

Minval.İnfo

Dünya

Nəşr edilib: 2018/02/23 10:16

Baxış: 661


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06