Gənc qız futbola baxmaq üçün saqqal taxmalı oldu – (FOTOLAR)
İran İslam Respublikasında qadınların kişi futbol komandalarının matçlarını stadionda izləməsi qadağandır.
Futbola böyük həvəsi qadınlar isə müxtəlif yollarla stadiona daxil olurlar.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, belə qadınlardan biri Zəhra Hoşnavaz da kişi paltarı geyinib, saxta bığ-saqqal qoymaqla matçlara baxmağa gedib.
Azərkeşi olduğu “Persepolis” komandasını stadiondan dəstəkləmək üçün kişi kimi geyinən Hoşnavazın bu taktikası bir müddət işə yarayıb.
Əsl kimliyinin üzə çıxması ilə cəza alacaq Zəhra belə bir riski niyə aldığı sualına belə cavab verib: “Tehrann zəlzələsindən sonra düşündüm ki, ölsəydim bu həyatda yaşamadığım çox şey qalacaqdı. Ona görə də oyunu stadiondan izləmək arzumu bu yolla həyata keçirdim”.
Zəhranın saxta bığ-saqqala stadiona girdiyi məlum olandan sonra Futbol Federasiyası “Persepoli” klubunun baş məşqçisinə xəbərdarlıq göndərib. Federasiya komandanın oyun saatlarında Zəhra Hoşnavaza zəng edərək evdə olub-olmadığını yoxlayır.
Zəhra isə bu addımı ilə qadınların stadiona girməsini qadağan edən qanunun dəyişməsini təmin etməyi arzulayır.
Dəniz
Minval.İnfo


