Gənc qız özünü 4-cü mərtəbədən atdı – Zaqatalada dəhşətli hadisə
Zaqatalada 27 yaşlı qız intihara cəhd edib.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumatda bildirilir ki, G.Balayeva son zamanlar əsəb xəstəliyindən əziyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

