Gəncə sakini ölümdən döndü
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.
FHN-dən verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

