Gecə Bakıda qan töküldü
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Rəhimov Riad Rabil oğlu hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

