Gecikdikləri üçün ölümdən xilas oldular – “Dünyanın ən şanslı insanı mənəm” – FOTOLAR

Bədbəxt hadisələr gəlirəm demir. Qəzaya uğrayıb, hər hissəsi bir yana dağılan təyyarələr, dənizdə batan gəmilər onlarla insan itkisinə səbəb olub.

Ancaq bu qəzalardan öz “bəxtsizliyi”nin köməyi ilə qurtulanlar da var. Təyyarəyə gecikdiyi, ya da işə gedə bilmədiyi üçün əvvəlcə pis olanlar sonra necə böyük bir fəlakətdən qurtulduqlarının fərqinə varıblar.

Minval.info  bu məqalədə müəyyən səbəblərdən  gedə bilmədiyi yerlərdə fəlakət baş verən və həyatı qurtulan şanslı insanlardan bəhs edəcək.

Türk həkim Besim Ömer Nyu-Yorkda keçirilən konfrasda Osmanlı imperiyasını təmsil etmək üçün Titanik gəmisinə minməli idi. Ancaq gəmiyə gecikən Ömər başqa gəmi ilə yoluna davam etməli olub. Sonda Titanik gəmisi aysberqlə toqquşub okeanın dibinə yollananda həkim “Dünyanın ən şanslı insanı mənəm” deyib.

İlgili resim

Ötən ay Tehrandan havaya qalxdıqdan sonra İsfahan əyalətində düşən təyyarədə olan 66 nəfər həyatını itirib. Sadəcə 1 nəfər bu qəzadan sağ qurtula bilib, o da təyyarəyə minməyən yunanı seysmoloq Akis Çelentis olub. Çelentis hava limanına getmək üçün yola çıxıb, ancaq tıxac səbəbi ilə uçuşa çata bilməyib. Çox şanslı olduğunu dilə gətirən seysmoloq “deyəsən, 7 canım var” – deyə, əlavə edib.

Akis Çelentis ile ilgili görsel sonucu

17 may 2010-cu ildə Türkiyənin Zonquldak şəhərində kömür mədənində işləyən Ramazan Ardıç avtomobilinin mühərrikinin xarab olması nəticəsində işə gedə bilməmişdi. Ardıç gecikdiyi üçün çox danlanacağını düşünsə də, əslində böyük bir faciədən qurtuldu. Daşkömür mədənində baş verən partlayışda 30 işçi qalıntılar altında qalaraq can verdilər. Hadisədən sonra Ardıç “Sevinim, ya kədərlənim bimirəm. Onlar mənim iş yoldaşlarım, birgə çörək kəsdiyim adamlar idi. Allah məni uşaqlarıma bağışladı”- demişdi. Yenidən mədəndə işləyəcəksinizmi sualına isə “Çörək puludur. Məcbur yenidən başlayacam”- deyə, cavab verib.

Ramazan Ardıç maden ile ilgili görsel sonucu

1939-cu ildə Glosters II Dünya Müharibəsinin başlamazdan öncə hərbiyə çağrılmışdı. Nişanlısı Ada ilə toy gününü 2 ay öncədən müəyyən etmiş Glostersə icazə verildi. Glosters gecikdiyi üçün Dunkirkə gedən bölüyə qoşula bilmədi, başqa bir hərbi hissəyə göndərildi. 6 ay sonra isə Dunkirk bölüyünün bütün əsgərləri döyüşdə öldürüldü.

İlgili resim

Ötən ilin sonlarında Tufandağ istiqamətində itkin düşən üç alpinistimizin axtarışları davam etsə də, hələ də heç bir izə rast gəlinmir. Ancaq itkin düşən alpinistlərin sayı üç deyil, dörd ola bilərdi. Ekspedisiyada iştirak etmək üçün rəsmi icazə almış Elman Əkbərov çalışdığı müəssisədən icazə ala bilmədiyi üçün gedə bilməmişdi. Amma E.Əkbərov özünü heç bir halda şanslı saymır, “ya kaş mən də orada olardım, ya da özüm gedə bilməyəndə onları da qoymazdım”- deyir.

Dəniz

Minval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/03/23 15:26

Baxış: 1476


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06