Gitara çaldığı üçün əvvəl əlləri kəsilmiş, sonra isə güllələnmiş sənətçi… – FOTO – VİDEO

Gitara  çalıb  mahnı oxumağa davam etdiyi üçün əvvəl əlləri kəsilmiş, sonra isə güllələnmiş  Cənubi Amerikalı  sənətçi və musiqiçi Viktor Jara.

O, Çilinin musiqi, incəsənət,  teatr  sahəsində böyük xidmətlər göstərmiş  ən önəmli  şəxsiyyətlərindən biri olub. Musiqiləri kimi, həyatı da çox səs-küylü olub.

Minval.info bu dəfə Çilidən olan məşhur sənətçi  Viktor Jaranın həyatından məlumatı təqdim edir.

Viktor Jaranın həyatı

Viktor  Lidio  Jara Martinez  Çilinin paytaxtı  Santyaqoda  kasıb bir kəndli  ailəsində anadan olub.  Atası Manuel adi qaravolçu idi. Anası Amanda isə ailəni dolandırmaq üçün hər cür işlə məşğul olan incəsənət ruhlu qadın oub. Bir çox ailələrdə olduğu kimi Viktorun da ailəsində içki əsas bəla idi. Bu üzdən evdə tez-tez anası ilə atası arasında böyük problemlər yaşanırdı. Viktor hələ uşaq olanda atası evi tərk edir. Onun təlim-tərbiyəsi ilə anası tək məşğul olur.

Viktorun  anası onun həyatında çox önəmli rol oynayıb. Çili folklor musiqisinə dərindən bələd olan, gitarada ifa edə, mahnı oxuya bilən Amanda Viktorun gələcəkdəki musiqi həyatına da böyük təsir göstərir.

Anasının ölümündən sonra mühasiblik təhsilini dayandıran Viktor ilahiyyət sahəsi üzrə təhsil almağı qərarlaşdırır. Lakin 2 ildən sonra dinə olan inamını itirən Viktor oranı da yarımçıq buraxır.

Bir müddət işsiz qaldıqdan sonra o, Santyaqoya qayıdır. Bu müddət ərzində o, teatr ilə də yaxından maraqlanır və Çili Universitetində teatr üzrə təhsil almağa başlayır. Bu illər ərzində sənətçi bir çox teatr tamaşalarında rol alır.

Daha sonra o, musiqi həyatına əhəmiyyətli təsir edəcək, Çilinin məşhur Vialeta  Parra adlı sənətçisi ilə qarşılaşır və yenidən xalq musiqisi ilə yollarını birləşdirir. Viktor Vialeta Parra ilə kafelərdə mahnılar oxuyaraq ona kömək edir.

Viktor Jaranın siyasi fəaliyyəti

Bu illər ərzində Jara həm də siyasətlə yaxından maraqlanır. 1966-cı ildə onun ilk albomu çıxır. Həmçinin bu illərdə o, Çilidə teatr rejissoru kimi də fəaliyyət göstərir. Lakin get-gedə siyasət onun həyatının ən önəmli hissəsinə çevirilir.

Jara bir xalq  sənətçisi kimi 1970-ci ildə Çilidəki prezident seçkilərində sol partiya “Unidad  Popular” (Xalqın Birliyi)  namizədi  Salvador Allendeyə səs verir. O, bu partiyanın xeyrinə bir çox konsertlər təşkil edir.

Viktor 1970-ci ildə birdəfəlik teatrı tərk edir və özünü tamamilə musiqiyə həsr edir.

Jaranın mahnıları varlı-kasıb cəmiyyətdə kasıb insanlara problemlərini göstərir,  gözlərini açmağa  xidmət edirdi.  Siyasət onun yaradıcılığında çox mühüm və əsas yer tuturdu.

“Nuevia Cancion” (Yeni Musiqi Hərəkatı)

Jara Cənubi Amerikada  “Nuevia cancion”  (Yeni musiqi)  hərəkatının ən önəmli təmsilçilərindən biri kimi qəbul edilir.  Bu hərəkat Latın Amerikasında meydana gələn musiqi hərəkatı idi. O zamanlar Cənubi Amerikanın bir çox maarifçiləri və musiqiçiləri bu hərəkata qatılırdı. İlk olaraq 1950-60-cı illərdə Argentina, Çili və Uruqvayda meydana gələn hərəkat qısa zaman ərzində qitənin dörd bir tərəfinə yayılır.

Çeviriliş. Viktor Jaranın işgəncələrlə dolu  ölümü

11 sentyabr  1973-cü ildə Auqusto Pinoçetin gerçəkləşdirdiyi  çeviriliş nəticəsində Viktor Jara universitetdə iş başında olarkən həbs edilir və bir çox yoldaşları kimi o da Çili Milli Stadionunda işgəncələrə məruz qalır. Hətta bir daha mahnı oxuya bilməsin deyə əlləri  kəsilir. Lakin əlləri kəsilən anda belə o, mənsub olduğu “Unidad Popular” (Xalqın Birliyi) partiyanın mahnısnı (Venceremos) oxuyur.

Daha sonra sənətçi vəhşicəsinə döyülərək pulemyotla atəşə tutulur. Sənətçinin cəsədi Santyaqo məzarlığının yanında tapılır. Onun tapılmış cəsədinə daha sonralar yoldaşı tərfindən məzar düzəldilir.

Çilinin “Pravda” qəzetinin müxbiri  Vladimir Çernisev  sonralar onun ölümünü belə xatırlayır:

“Viktor Jara son nəfəsində də mahnı söyələyərək öldü. Onu  ayrılmaz yoldaşı ilə stadiona gətirdilər. Stadiona daxil olarkən  onlar mahnı oxumağa başladılar. Digər həbs edilmiş yoldaşlar da əskərlərin xəbərdarlığına baxmayaraq mahnıya müşayiət etdilər.  Sonra bir  zabitinin əmri ilə Viktorun barmaqlarını qırdılar. Artıq gitarada ifa edə bilmirdi. Amma gücdən düşmüş halı ilə mahnı oxumağa davam etdi. Qundaqla başından vurdular. Digər tutulanlara nümunə olsun deyə əllərini kəsərək tribunanın önündən asdılar”.

Viktor Jaranın qatilləri

2003-cü ildə sənətçinin onun işgəncələrlə öldürüldüyü  Çili Milli Stadionuna “Estadio Victor Jara” ( Victor Jara Stadionu) adını verirlər.

2004-cü il 9 yanvarda ölümündən 31 il sonra hakim sənətçini  öldürməkdə günahkar bilinən zabit Mario Markes Bravoya qarşı iddia qaldırır və onu həbs edir.

2012-ci ildə onun ölümü ilə bağlı daha 8 əskər də həbs olunur. 2014-cü ildə bununla əlaqədar digər 3 zabit də məhkum edilir.

Hazırda mərhum sənətçinin qəbri  Santyaqo məzarlığındadır.  Baş daşının üzərində də “ Zəfərə qədər! “ qeydi mövcuddur.

 

Leyla Əfqan

Minval.info

 

Dünya

Nəşr edilib: 2018/02/08 14:32

Baxış: 1986


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06