Gömrük Komitəsi ləğv ediləcək? – Səfər Mehdiyev cavab verdi
Dövlət Gömrük Komitəsində “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr ” mövzusunda keçirilən mətbuat konfransında DGK sədri Səfər Mehdiyev jurnalistlərin suallarını da cavablandırıb. Verilən hər suala ətraflı cavab verən sədr, son zamanlar ictimaiyyətdə Gömrük Komitəsinin ləğvi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Sədr söyləyib ki,hansısa komitənin ləğv olunması bizim səlahiyyətimizdə deyil:
“Hər hansı bir qurumun rəhbəri, Dövlət Gömrük Komitəsi, eləcə də digər qurumlar hansısa komitəni ləğv edə bilməzlər.
Bu, bizim səlahiyyətlərimizə daxil deyil. Görünən odur ki, cənab Prezident son islahatlarda məsləhət görməyibsə, komitənin ləğvindən söhbət gedə bilməz”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

