Gömrük Komitəsinin əməkdaşları barədə 3 cinayət işi başlanıb
Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.
Minval.İnfo Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: “Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


