Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var — FOTO
Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.Minval.info APA-ya istinadla xəbər verir ki, “KIA Sportage” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə,1960-cı il təvəllüdlü Həsənova Qönçə və onun gəlini 1995-ci il təvəllüdlü İbrahimova Zərifədir. Z. İbrahimova sürücü olub.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ
2025/11/19 14:22

