Goranboyda yol qəzası baş verib, ana və iki övladı xəsarət alıb
Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-21015” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər – Goranboy rayonun Veyisli qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Əminə Şəmsəddin qızı Həsənova və onun övladları, 2000-ci il təvəllüdıü Günel Məhəmməd qızı Məmmədova və 2010-cu il təvəllüdlü Aysu Məhəmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

