Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Safıkürd kəndi ərasində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan 2 “Mercedes” markalı avtomobilllərin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Xəsarət alanlar “təcili yardım” avtomobilləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

