Göygöldə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndində keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

