Gözəllik uğrunda qabırğasını qurban verən məşhurlar – FOTOLAR

Gözəl qadın vücudu deyəndə ağlımıza ilk gələn məqamlardan biri də incə beldir.

Hər dövrün gözəllik anlaşıyı fərqlidir, yaşadığımız dönəmində isə incə belli olmaq qadınlar üçün vacib özəlliklərdən biridir. Gözəllik qurban tələb edir, bəzən belə qurbanlardan biri isə qadınların qabırğa sümükləri olur. Qadınlar incəbelli olmaq üçün razılaşdıqları əməliyyatlar biri məhz qabırğanın götürülməsidir.

Bir çox məşhurların gözəl bədən quruluşuna sahib olmaq üçün bu əməliyyatı etdirdikləri düşünülür. Əslində qabırğaların çıxarılması haqqında cəmiyyətdə formalaşmış fikirlər bir qədər yanlışdır. Əməliyyat sonrası bel düşünüldüyü kimi incəlmir. Sadəcə, qabırğalar çıxarılanda sinə yüksəkliyi azalır və bel yüksəkliyi artır deyə bel incə görünür. Yəni, əməliyyatdan sonra bel çevrəsinin ölçülərində xüsusi dəyişiklik olmur.

Ancaq yenə də incə bel arzusu ilə bıçaq altına yatan qadınların sayı az deyil. Hətta bu siyahıda azərbaycanlı müğənnilərin də adları çəkilir. Minval.info 11 və 12-ci qabırğa sümüyünü çıxartdırıb arıq görünməyən istəyən qadınlar barədə məlumat verir:

Amerikada yaşayan 25 yaşlı Piksi Foks “Who Wacked Roger Rabbit?” cizgi filminin “Jessica Rabbit” adlı qəhrəmanına bənzəmək üçün 6 qabırğasını çıxartdırıb. Bu əməliyyatdan sonra onun belinin ölçüsü kiçilərək, 35 santimetr olub. Ümumilikdə isə Piksi 200-dən çox əməliyyata girib və 120 min dollar xərcləyib. (Şəkilləri)

Alman müğənni və aktrisa Sofia Vollerşeyn incə bel uğruna əməliyyat masasına yatanlar sırasındadır. 2 qabırğa sümüyü çıxarılan Sofia insanların onun haqqında nə düşündüyünə məhəl qoymadığını bildirib. Hazırda onun beli 46 santimetrdir.

Meksikalı pop ulduz Thalia da 2 qabırğa sümüyünü gözəlliyə qurban verib. Üstəlik müğənni şəxsi “İnstagram” hesabından bir şüşə qab içərisindəki sümüklərin şəklini paylaşmaqla bu iddiaları təsdiqləyib.

Transseksual diva sayılan Amanda Lepore də cinsiyyətini dəyişmək üçün keçirdiyi əməliyyatlarla yanaşı daha gözəl görünmək üçün bir çox əlavə plastik əməliyyatlara müraciət edib.

Erməni əsilli Hollivud ulduzu Kim Kardaşyan daima öz bədən quruluşu ilə gündəmə gəlir. Geniş sinə və çanağı ona dünyaca məşhurluq gətirdiyi kimi, həmin nahiyələrin daha böyük görünməsi üçün qabırğa sümüyünün ikisindən imtina edib.

Azərbaycan mediasında isə Brilliant Dadaşova və Aygün Kazımovanın bu əməliyyatı etdirdiyinə dair məlumatlar yer alıb.

Qabırğa çıxartdırmaq risklidirmi?

Bu əməliyyat düzgün həyata keçirilməyəndə əməliyyat sonrası pasiyentin vücud görünüşü estetik olmayan bir hal ala bilər. Qabırğanın son iki sümüyünün götürülməsi insanda hər hansı bir narahatlığa yol açmır. Zənn edilənin əksinə, nəfəs çətinliyinə də səbəb olmur. Çünki çıxarılan qabırğalar ağciyərlərin səviyyəsinin altındadır. Ağciyərlər və sinə boşluğu 9 və 10-cu qabırğa səviyyəsində bitdiyi üçün bu əməliyyat səbəbiylə sinə boşluğu və ağciyərlərə bağlı hər hansı narahatlığın olması mümkün deyil. Ancaq digər sümüklərin götürülməsi olduqca təhlükəlidir. Qabırğanın arxa qisimləri böyrəkləri arxadan gələn zərbələrə qarşı qoruduğundan bu qisimlərin alınması həm çətindir, həm də bədəni müdafiəsiz buraxacağı üçün zərərlidir.

Dəniz

Minval.info

Foto

Nəşr edilib: 2018/04/30 13:46

Baxış: 951


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06