Göz rəngini dəyişmək istədi, kor oldu – FOTOLAR
Göz rəngini dəyişdirmək üçün əməliyyat masasına yatan model kor olub.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, argentinalı model Nadine Bruna ala rəngdə olan gözlərini əməliyyatla açıq yaşıl rəngə çevirmək istəyib. Prosesin yekununda isə manikenin sağ gözündə 80 faiz, sol gözündə isə 50 faiz zəiflik yaranıb.
Ona 3 milyon dollar başa gələn bu əməliyyat zamanı gözlərinin altına yerləşdirilən slikon göz sinirlərinə zərər verdiyi üçün görmə problemləri yaşayıb.
Əməliyyatı həyata keçirən həkimlər Nadineyə daha çox yardım göstərə bilmədikləri üçün, cazibədar model daha ixtisaslı həkimlərə müraciət etməli olub. Gözlərinin altına yerləşdirilən silikon çıxarılsa da, yeni həkimi Brunanın bundan sonra görmə zəifliyindən əziyyət çəkəcəyini bildirib.
Minval.info




