Gülər Əhmədova: “Tövbə etmişəm…”
Qalmaqallı sabiq deputat maraqlı açıqlama verib.
Minval.info xəbər verir ki, keçmiş millət vəkili Gülər Əhmədova tövbə etdiyini dilə gətirib. O, həbsi ilə əlaqədar baş verənlərdən sonra Allahdan bağışlanmasını diləyib.
Xatırladaq ki, Gülər Əhmədova 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham olunaraq ona cinayət işi açılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bir il sonra Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Gülər Əhmədovanın işinə yenidən baxıb. O, məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
Bundan bir müddət sonra sabiq deputat həcc ziyarətinə səfər edib. Əhmədovanı buna görə qınayanlar və tənqid edənlər olub.


