Günay həmkarlarına söz atdı: “Ucuzlaşmayaq…”
“Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarının da, yeni çıxan ifaçıların da oyunlarından xəbərdaram. Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandı?”
Minval.info xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Günay İbrahimli yazıb.
O, həmkarlarına mesaj göndərməyi də unutmayıb: “Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmaya başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də ki, etdiyi çirkin əməllərdən xəbərim olur. Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenada çox azdır. Onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq”.

