Günay Türkiyədə çəkdirdiyi klipi təqdim etdi – Video
Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.
Minva.info xəbər verir ki, “O bəsimdir” adlı mahnının müəllifi və layihənin rəhbəri bəstəkar Zülfi Bədəlovdur. Bəstənin aranjimanı Elvin Musayevə aiddir.
Günay İbrahimli bildirib ki, klipin çəkilişləri ölkə xaricində baş tutub: “Çəkilişlərimiz İstanbulda baş tutdu. “o bəsimdir”in rejissoru Kemal Yıldızdır. Ümumilikdə çəkilişlərdə həm Azərbaycan həm də Türkiyədən olan komanda çalışıb. Mahnı sevgidən bəhs edir”.
İfaçı çəkilişlərin 20 saata yaxın davam etdiyini bildirib: “Peşəkar komanda ilə işlədiyim üçün yorğunluq hiss etmədim. Əksində çəkiliş prosesindən zövq aldım. Mənim üçün ən vacib məsələ sevənlərimə keyfiyyətli iş təqdim etməkdir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

