Günün qoroskopu: Hisslərinizi cilovlayın

Qoç – İkitərəfli əməkdaşlıq çox uğurludur. Əlavə adamlar planlarınızı poza bilər. Tanınmış şəxslərlə əlaqələrinizi dərinləşdirin. Günün ikinci yarısında yeni simalarla görüşləriniz mümkündür.

Buğa – Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün başlıca vəzifəniz sağlamlığınızı qorumaq olmalıdır. Digər məsələlərə isə ciddi yanaşmağa ehtiyac yoxdur. Əsas gücünüzü istirahətə verin.

Əkizlər – İxtiyarınızda olan bu təqvimdə heç bir narahatçılığınız gözlənilmir. İşgüzar sövdələşmələrdə iştirak etsəniz, növbəti ayda probleminiz yaranmayacaq. Pulla bağlı ehtiyatlı olun.

Xərçəng – Yaxşı olar ki, bürcünüzün “hakim” olduğu bu ərəfədə hisslərinizi cilovlayasınız. Əks təqdirdə arzulamadığınız qalmaqala tuş gələcəksiniz. Yeni əlaqələr uğurdan xəbər verir.

Şir – Sürprizlərlə dolu bir gün yaşayacağınız güman olunur. Ola bilsin ki, bu təqvim 2012-ci ilin ilk yaddaqalan tarixinə çevrilsin. Hər cəhətdən buna hazırlaşın. Hər bir prosesə soyuqqanlı yanaşın.

Qız – Gün ərzində özünüzü bütünlüklə fəaliyyətə həsr etməlisiniz. Münasibət və alqı-satqı məsələlərinə isə həvəs göstərməyiniz məqsədəuyğun deyil. Axşam işgüzar söhbətlər aparmaq sizə səmərə verəcək.

Tərəzi – Havaların qeyri-sabitliyi sizə mənfi təsir göstərməkdədir. Odur ki, var gücünüzlə sağlamlığınızı qoruyun. Nahardan sonra şəxsi işlərinizdə böyük dəyişikliklər mümkündür.

Əqrəb – Təzadlı bir gün yaşayacaqsınız. Ətrafınızda cərəyan edən situasiyalar gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda dostlarınızla birgə olmağa çalışın.

Oxatan – Özünüzü lovğa və ya təkəbbürlü aparmayın. Bu gün sizə sadə görünmək lazımdır. Bu yolla özünüzə qarşı rəğbət oyada bilərsiniz. Günortadan sonra qarşınıza yaxşı adamlar çıxacaq.

Oğlaq – Pulla bağlı problemləriniz olsa da, qalan məsələlərdə ovqatınız xoş olacaq. Xüsusən də münasibətlər zəminində cərəyan edən proseslərdə rahatlıq tapacaqsınız. Uzaq yola çıxmayın.

Dolça – Ulduzların düzümü səfərə çıxmaq üçün münasib vaxt olduğunu bildirir. Maddi durumunuz imkan verirsə, bundan imtina etməyin. Ətrafınızda olan insanları real qiymətləndirməkdə yanılmayın.

Balıqlar – İxtiyarınızda olan bu təqvim sizə düşərli olacaq. Çünki ulduzlar xoş ovqat və qazanc əldə edəcəyinizi bildirir. Oturaq işlərə çox da həvəs göstərməyin. Aktivliyinizi artırın.

Dünya

Nəşr edilib: 2018/01/26 1:00

Baxış: 1216


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06