Gürcüstan parlamentinin 6 deputatı hakim partiyadan istefa verdi
Gürcüstan parlamentinin deputatları – Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.
Bunu G.Xocevanişvili keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 6 parlamentari bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.
Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.
Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
Virtualaz.org

