Gürcüstanda COVID-19-a 3 282 yeni yoluxma qeydə alınıb, 53 nəfər ölüb
Gürcüstanda son sutkada daha 3 282 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 53 pasiyent vəfat edib.
Minval.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-a 913 738 nəfərin yoluxduğu müəyyən olunub, onların 13 169-u ölüb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 3 263 nəfər artaraq 866 339-a çatıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

